Bakıda keçirilən FIFA U-15 dünya çempionatında 65-98-cı yerlər uğrunda turun 1/16 final mərhələsinin cütləri məlum olub.
Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması bu raundda Çili ilə qarşılaşacaq. Sabah keçiriləcək matça saat 11:30-da start veriləcək.
Cütün qalibi növbəti mərhələdə Belarus – Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə həmin cütün uduzanı ilə qarşılaşacaq.
Azərbaycan yığması AF qrupunu 3-cü sırada bitirib.




