İdman · Futbolpress.az

Bölgə klubunun futbolçularından boykot qərarı – oyuna çıxmadılar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bölgə klubunun futbolçularından boykot qərarı – oyuna çıxmadılar xəbəri üçün şəkil

Azərbaycan I Liqasında bu gün keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” matçı baş tutmayıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb ev sahibi komandanın meydana çıxmaması olub. Görüş saat 15:00-da planlaşdırılırdı.

“Mingəçevir”də bir müddətdir, futbolçular maaş almadıqları üçün narazılıqlarını bildirirdi. Oyunçular buna etiraz olaraq boykot qərarı verib və matça çıxmayıb.

AFFA İntizam Komitəsi bölgə klubuna oyun baş tutmadığı üçün texniki məğlubiyyət verəcək.

“Mingəçevir” 6 turdan sonra 4 xalla 10 komanda arasında 8-cidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑