İdman · Futbolpress.az

Azarkeşlər etiraz etdi, oyun təxirə salındı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azarkeşlər etiraz etdi, oyun təxirə salındı xəbəri üçün şəkil

İspaniya La Liqasında keçirilən “Rayo Valyekano” – “Atletik” (Bilbao) qarşılaşması meydan sahiblərinin fanatları tərəfindən pozulub.

Futbolpress.az xəbər verir ki, mübarizənin 13-cü dəqiqəsində tribunalar klub prezidenti Martin Presanın idarəçiliyinə qarşı genişmiqyaslı aksiya başlayıblar. Azarkeşlərin qazona çoxlu sayda rəngarəng rezin toplar və müxtəlif əşyalar atması nəticəsində oyunun davam etdirilməsi qeyri-mümkün olub. Baş hakim Sançes Martines komandaları soyunub-geyinmə otağına yollayıb.

Müəyyən fasilədən sonra futbolçular matçı bərpa etmək üçün yenidən meydançaya qayıtsalar da, azarkeşlər etiraz aksiyasını təkrarlayıblar. Yaradılan şəraiti nəzərə alan referi görüşü ləğv etmək qərarına gəlib.

Qeyd edək ki, “Rayo Valyekano” azarkeşləri ilə klub rəhbəri Martin Presa arasında ideoloji fikir ayrılıqları, idarəetmə narazılıqları və stadionun baxımsız vəziyyətdə saxlanılması səbəbindən uzun müddətdir kəskin münaqişə yaşanır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑