İdman · Azxeber.com

'Sumqayıt' VII turda 'Qəbələ'yə qalib gəlib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Sumqayıt' VII turda 'Qəbələ'yə qalib gəlib xəbəri üçün şəkil
"Sumqayıt" Misli Premyer Liqasının VII turunda "Qəbələ"yə qalib gəlib.
Meydan sahibləri "SOCAR Polymer Arena"da baş tutan görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib.
"Sumqayıt"dan Mamadi Banqre (6), İssa Suliman (9), Ronaldo Vaskez (29) və Lukas Blek (67), qonaqlardan isə Şahin Şahniyarov (25) fərqlənib.
Bu nəticədən sonra "Sumqayıt" turnir cədvəlində 5 xalla 8-ci, "Qəbələ" 4 xalla 10-cu pillədə qərarlaşıb.
Günün ilk matçında "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1.
Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑