“Gəncə” basketbol komandasının yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın “sükanı” Murad Dikmənə tapşırılıb. Mütəxəssislə anlaşma mövsümün sonuna kimi nəzərdə tutulub.
Türkiyəli məşqçi “Xəzri” (indiki “Naxçıvan”) klubu ilə Azərbaycan Basketbol Liqasının və Azərbaycan Kubokunun gümüş medallarını qazanıb.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Türkiyə Super Liqasının IX turunun “Qalatasaray” – “Fənərbağça” matçının final fitindən sonra futbolçular arasında mübahisə düşüb. Futbolpress.az xəbər verir ki, meydan sahiblərinin heyətində müdafiəçi Abdulkerim Bardakçı ilə qonaqların cinah oyunçusu Arçe Braun dava edib. Tərəflər polisin müdaxiləsindən sonra sakitləşib. Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin hər iki oyunçuya minimum 3 oyunluq cəza verəcəyi gözlənilir. “Qalatasaray” “Fənərbağça”nı […]
“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında bu gün növbəti oyununa çıxacaq. Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi müntəzəm mövsümün III turunda Fransanın “Nanter 92” kollektivini qəbul edəcək. Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. “Sabah” I turda səfərdə “Ritas”a (Litva) 73:82, II turda “Trabzonspor”a 83:100 hesabı ilə uduzub.