İdman · Teleqraf

Mbappenin zarafatı iki sponsorunu itirməsinə səbəb oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mbappenin zarafatı iki sponsorunu itirməsinə səbəb oldu xəbəri üçün şəkil

BAKI, 27 oktyabr. TELEQRAF

İspaniyanın “Real Madrid” klubunun və Fransa millisinin futbolçusu Kilian Mbappe iki Çin şirkəti ilə sponsorluq müqavilələrini itirib.

Teleqraf “The Guardian” nəşrinə istinadən xəbər verir ki, buna 28 yaşlı hücumçunun internetdə yayılan videoda səsləndirdiyi fikirlər səbəb olub.

Videoda Mbappe, ehtimal ki, Mao Zedongu nəzərdə tutan "filankəs - məncə, bu Çin diktatorudur" şəklinin üzərinə üzünün qoyulduğu memi ən gülməli mem adlandırıb.

İçki istehsalçısı olan “Dongpeng” şirkəti Mbappe ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. Şirkət qərarını milli hissləri təhqir edən hərəkətlərə qarşı sıfır tolerantlıq siyasəti ilə əsaslandırıb.

Çinin ən böyük süd məhsulları istehsalçısı olan “Mengniu” şirkəti də futbolçu ilə əməkdaşlığa son qoyduğunu bəyan edib.

Qeyd edək ki, Mbappe ötən gün 2026-cı ilin “Qızıl top” mükafatı uğrunda səsvermədə İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyndən geri qalıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑