İdman · Futbolpress.az

Azərbaycan idmançısı medalsız qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan idmançısı medalsız qaldı xəbəri üçün şəkil

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Qazaxıstanın paytaxtı Astanada təşkil olunan dünya çempionatında mübarizəni medalsız yekunlaşdırıb.

Futbolpress.az xəbər verir ki, 57 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançı bürünc medal uğrunda görüşdə rusiyalı Abubakar Mutaliyevlə qarşılaşıb. Gərgin keçən mübarizə rəqibin 6:2 hesablı qələbəsi ilə başa çatıb və Bazarqanov fəxri kürsüyə qalxmaq şansını əldən verib.

Xatırladaq ki, sərbəst güləş millimizin digər üzvü Cəbrayıl Hacıyev də Astanadakı dünya çempionatını mükafatsız başa vurmuşdu.

Hazırda Azərbaycan yığmasının hesabında 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑