Türkiyənin “Fənərbaxça” komandası “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasa 3 illik müqavilə təklif edib.
News24.az xəbər verir ki, bu barədə İtaliyanın “TuttoMercatoWeb” nəşri məlumat yayıb. Qeyd olunub ki, litvalı baş məşqçi ilə İstanbul təmsilçisi arasında əlaqələr qurulub və danışıqlar aparılır.
Yaxın günlərdə bu keçidlə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.
Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası “Fənərbaxça”nın “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova da təklif göndərdiyini yazmışdı.





