İdman · Futbolpress.az

Tsokayevdən “bürünc”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tsokayevdən “bürünc” xəbəri üçün şəkil

Azərbaycan sərbəst güləş yığmasının üzvü Əli Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını mükafatla başa vurub.

Futbolpress.az xəbər verir ki, 92 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz bürünc medal uğrunda həlledici görüşdə iranlı dünya mükafatçısı Əmirhüseyn Firuzpurbandpey ilə qüvvəsini sınayıb.

Rəqibinə heç bir şans verməyən Tsokayev matçı 6:0 hesablı qələbə ilə tamamlayaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu uğurlu nəticə sayəsində Azərbaycan milli komandasının Astanadakı ümumi medallarının sayı 6-ya çatıb. Hazırda yığmamızın aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc mükafat var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑