İdman · Futbolpress.az

Azərbaycanın veteran cüdoçularından daha bir medal

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın veteran cüdoçularından daha bir medal xəbəri üçün şəkil

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.

Futbolpress.az xəbər verir ki, M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədov (-100 kq) üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medala yiyələnib.

Bununla usta cüdoçularımızın qitə yarışında qazandıqları medalların sayı 4-ə çatıb.

Daha əvvəl Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medal əldə ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑