İdman · Futbolpress.az

Əbu-Dabidə 5 medal

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əbu-Dabidə 5 medal xəbəri üçün şəkil

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan “Böyük Dəbilqə” turniri cüdo üzrə Azərbaycan milli komandasının tarixi uğuru ilə başa çatıb.

Futbolpress.az xəbər verir ki, +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri yarışın son günündə fəxri kürsüyə qalxıb. Mübarizəyə tacikistanlı Şərifcan Nazriyevi üstələyərək başlayan idmançımız, 1/4 finalda yerli cüdoçu Məhəmmədömər Məhəmmədömərovu, yarımfinalda isə gürcüstanlı Saba İnaneyşvilini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə digər Gürcüstan təmsilçisi İrakli Demetraşviliyə yenilən Kokauri turnirin gümüş medalına sahib çıxıb.

Bu nəticə ilə milli komandamız Əbu-Dabi turnirindəki medal sayını 5-ə çatdırıb. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) çempionluq sevinci yaşayıb, Rəşad Yelkiyev (66 kq) ilə Hidayət Heydərov (73 kq) isə bürünc mükafata yiyələniblər.

Beləliklə, aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc medal yazdıran Azərbaycan yığması komanda hesabında ümumi cədvəlin 1-ci pilləsində qərarlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑