İdman · Futbolpress.az

Ölkə idmanı ağır itki ilə üzləşdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ölkə idmanı ağır itki ilə üzləşdi xəbəri üçün şəkil

Azərbaycan idmanı ağır itki ilə üzləşib. Dırmanma üzrə yeniyetmələrdən ibarət milli komandanın və “Shusha Climbers” klubunun üzvü Həvva Yambulatova 17 yaşında həyatını itirib.

Futbolpress.az xəbər verir ki, boulderinq və çətinlik növündə çıxış edən istedadlı idmançı ölkə daxilində və beynəlxalq arenada bir çox uğurlara imza atmışdı. O, Alpinizm Federasiyasının təşkil etdiyi yarışlarda dəfələrlə kürsüyə qalxıb, sonuncu böyük qələbəsini isə 2026-cı ilin sentyabrında yeniyetmə və gənclər arasında boulderinq üzrə Azərbaycan çempionu olmaqla qazanmışdı. Həvva həmçinin Türkiyənin Samsun şəhərində keçirilən “Amisos Beynəlxalq Dırmanma Turniri”ndə iki medala sahib çıxaraq ölkəmizi layiqincə təmsil etmişdi.

Gənc idmançının qəfil vəfatının səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑