İngiltərənin “Çelsi” klubu futbolçusu Koul Palmerlə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə anlaşmanın müddəti 2034-cü ilin yayına kimi artırılıb.
Palmer 2023-cü ilin sentyabrından “Çelsi”də çıxış edir. O, 138 matçda 58 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.





