Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin daha 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb.
Sənədlərin qeydiyyat məlumatlarına əsasən, Zelenski müvafiq qanunları təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl Ali Rada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin 90 gün uzadılmasını dəstəkləyib. Parlament bu müddəti artıq 21-ci dəfə uzadıb.
Beləliklə, hərbi vəziyyət və ümumi səfərbərlik rejimi 2027-ci il yanvarın 29-dək qüvvədə olacaq.



