Qərb ölkələri tərəfindən Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, "Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev bildirib.
"Qərb ölkələri əvvəllər də, xüsusən də indi dünya çoxluğuna daxil olan bir çox dövlətə siyasi təzyiq vasitəsi kimi sanksiyalardan, gömrük rüsumlarından və ticarət blokadasından fəal istifadə edirlər. Onlar bir sıra sahələrdə müəyyən üstünlüklərə malik olmalarından yararlanırlar”, – deyə o bildirib. ///teleqraf///




