Dünya · Editor.az

Türkiyədə 14 yaşlı uşağın ölümündə süni intellekt detalı: Qatilə göstəriş verib?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə 14 yaşlı uşağın ölümündə süni intellekt detalı: Qatilə göstəriş verib? xəbəri üçün şəkil

Türkiyənin Sakarya vilayətində silahla atəş edilərək qətlə yetirilən 14 yaşlı yeniyetmənin işində süni intellekt detalı diqqət çəkib.

Bu barədə Oxu.Az “Haber Global”a istinadən məlumat verir.

Məlumata görə, öldürülən şəxs bacısının ad gününü qeyd etmək üçün ailə dostlarının evinə gedib və orada başından güllələnib. İstintaq çərçivəsində onun uşaqlıq dostu olan 16 yaşlı şəxs şübhəli qismində həbs edilib.

Şübhəlinin mobil telefonunun araşdırılması zamanı hadisədən 13 gün əvvəl süni intellekt tətbiqi ilə apardığı yazışmalar üzə çıxıb. İstintaq dosyesinə daxil olan qeydlərdə göstərilib ki, şübhəli silahların ölümcül təsiri və adam qətlə yetirmə üçün nəzərdə tutulan cəza barədə suallar verib. “Adam öldürsəm, həbsxanaya düşərəmmi? Özünümüdafiə nə deməkdir?” – deyə şübhəli süni intellektə suallar verib.

Hadisədən sonra verdiyi ilkin ifadədə şübhəli dostunun intihar etdiyini iddia etsə də, sonradan silahın təsadüfən atəş açdığını bildirib.

Qeyd edilir ki, hadisə zamanı istifadə edilən silah şübhəlinin təqaüddə olan polis məmuru babasına məxsus olub və evdəki şkafın içində saxlanılıb. Həmçinin şübhəlinin telefonunda silahla çəkilmiş şəkillər də aşkarlanıb.

Ölən uşağın ailəsi hadisənin qəza olmadığını iddia edib və silahın saxlanmasında səhlənkarlığa yol verən şəxslərin məsuliyyətinin araşdırılmasını tələb edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑