Dünya · Editor.az

Samsung istifadəçilərinə xəbərdarlıq: İki Galaxy modelinin dəstəyi bitdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Samsung istifadəçilərinə xəbərdarlıq: İki Galaxy modelinin dəstəyi bitdi xəbəri üçün şəkil

Samsung şirkəti 2022-ci ildə satışa çıxardığı “Galaxy A04s” və “Galaxy A23 5G” smartfonları üçün müntəzəm proqram təminatı və təhlükəsizlik yeniləmələrini dayandırıb.

Editor.az xəbər verir ki, bu barədə “Lent.az” məlumat yayıb.

Məlumata görə, şirkət hər iki modeli təhlükəsizlik yeniləmələri alan cihazların siyahısından çıxarıb. Bu qərarla həmin smartfonlar üçün yeni təhlükəsizlik yeniləmələrinin və proqram yeniliklərinin təqdim edilməsi dayandırılıb.

Dəstəyin başa çatması istifadəçilərin telefonlarından dərhal istifadə edə bilməyəcəkləri demək deyil. Bununla belə, gələcəkdə aşkar edilə biləcək təhlükəsizlik boşluqlarının aradan qaldırılmaması şəxsi məlumatların qorunması baxımından risk yarada bilər.

İstifadəçilərə məlumatlarının təhlükəsizliyini nəzərə alaraq daha yeni smartfon modellərinə keçmək imkanını qiymətləndirmək tövsiyə olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑