Dünya · Editor.az

Rusiyadan Ermənistana göndərilən pullar yarıdan çox azala bilər – Səbəb nədir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyadan Ermənistana göndərilən pullar yarıdan çox azala bilər – Səbəb nədir? xəbəri üçün şəkil

Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakını dayandırması ölkəyə Rusiyadan pul köçürmələrinin azalmasına və qazın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər.

Editor.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Rusiya, Belarus, Ermənistan və Qazaxıstanın birgə hazırladığı hesabatda qeyd olunub. Sənəd Rusiya hökumətinin saytında dərc edilib.

Hesablamalara əsasən, Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 2025-ci ildəki 3,88 milyard dollardan 1,8 milyard dollara qədər azala bilər. Aİİ-yə üzv ölkələrin hamısından Ermənistana göndərilən vəsaitlərin isə 3,95 milyard dollardan 1,85 milyard dollara düşəcəyi proqnozlaşdırılır.

Hesabatda qaz qiymətləri ilə bağlı mümkün dəyişikliklər də əksini tapıb. Ermənistanın Aİİ üzvlüyünü dayandırması halında Rusiyadan və digər ittifaq ölkələrindən idxal olunan qazın hər 1 000 kubmetrinin qiyməti 177,5 dollardan 300 dollara yüksələ bilər. Bu, təxminən 69 faiz artım deməkdir.

Sənəddə vurğulanıb ki, göstərilən qiymət ilkin hesablamalara əsaslanır. Bazar şəraitindən asılı olaraq qazın real qiyməti daha yüksək də ola bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑