Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Ukraynadakı müharibənin dayandırılması istiqamətində yeni üçtərəfli danışıqları noyabrın ilk yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirməsi planlaşdırılır.
Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 23-də bildirib ki, görüşün əsas mövzularından biri mümkün sülh razılaşmasından sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.
Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirdiyi görüşdən sonra danışıqların bərpası məsələsi yenidən gündəmə gəlib. Ukrayna Prezidenti Volodimir Zelenski də danışıqların mümkün qədər tez başlanmasına tərəfdar olduğunu bildirib.
Kremlin açıqlamasına əsasən, ilkin mərhələdə danışıqlar üçtərəfli formatda keçiriləcək. Avropa nümayəndələrinin gələcək prosesdə iştirakı məsələsi isə açıq qalır.
Bununla belə, görüşün konkret tarixi və tərəflərin hansı şərtlər əsasında razılığa gələ biləcəyi hələ müəyyən edilməyib.
//Samir Qurbanov, Editor.az



