Rusiya, ABŞ və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı üçtərəfli görüşün Əbu-Dabidə keçirilməsi ehtimalı müzakirə olunur. Kremlin açıqlaması mümkün danışıqların keçiriləcəyi məkanla bağlı diqqəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına yönəldib.
Editor.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Əbu-Dabinin belə bir görüş üçün mümkün variantlardan biri kimi nəzərdən keçirildiyini bildirib.
Peskov məsələ ilə bağlı müzakirələrin davam etdiyini qeyd edib. Görüşdə hər hansı sənədin hazırlanmasının planlaşdırılıb-planlaşdırılmadığı barədə suala isə o, buna ehtiyac olmadığını söyləyib.
Hələlik üçtərəfli görüşün keçiriləcəyi tarix və yekun məkan barədə rəsmi qərar açıqlanmayıb.




