Dünya · Editor.az

Macarıstan Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Macarıstan Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyur xəbəri üçün şəkil

Avropa liderləri oktyabrın 23-də Budapeştdə Macarıstanda 1956-cı il antisovet üsyanının 70-ci ildönümünü qeyd ediblər.

Tədbir ölkənin Avropa İttifaqı ilə münasibətlərində baş verən siyasi dəyişikliklər fonunda keçirilib.

Editor.az xəbər verir ki, Associated Press-in məlumatına görə, keçmiş baş nazir Viktor Orbanın 16 illik hakimiyyətindən sonra hakimiyyətə gələn Peter Magyar hökuməti Brüssel ilə münasibətləri yaxşılaşdırmağa və dövlət idarəçiliyində islahatlar aparmağa çalışır.

Orbanın hakimiyyəti dövründə Avropa İttifaqı ilə fikir ayrılıqları, korrupsiya iddiaları və Rusiyaya münasibət əsas mübahisə mövzularından olub.

Yeni hökumətin atdığı addımlar nəticəsində əvvəllər dondurulmuş 16,4 milyard avro məbləğində Avropa İttifaqı vəsaitinin açılmasına imkan yaradan islahatlar həyata keçirilib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Macarıstandakı siyasi dəyişiklikləri demokratik institutların bərpası baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib.

//Samir Qurbanov, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑