Dünya · Editor.az

“Hamı bu müharibədən yorulub”: Lukaşenko müharibənin bitəcəyi vaxtdan danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Hamı bu müharibədən yorulub”: Lukaşenko müharibənin bitəcəyi vaxtdan danışdı xəbəri üçün şəkil

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna müharibəsinin yaxın aylarda başa çata biləcəyini ehtimal edib.

Lukaşenkonun sözlərinə görə, artıq tərəflər də daxil olmaqla, beynəlxalq ictimaiyyət bu münaqişənin uzanmasından yorulub və onun sona çatmasında maraqlıdır.

Belarus lideri münaqişənin diplomatik yolla həllinə nail olmaq istəyən tərəflərə də müraciət edib. O bildirib ki, danışıqların keçirilməsi üçün Minskdə masa arxasına əyləşməyə hazır olan bütün tərəfləri Belarusun paytaxtına dəvət edib.

Lukaşenkonun bu açıqlaması müharibənin gələcəyi ilə bağlı yeni müzakirələrə səbəb ola bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑