Dünya · Bakı Xəbər

Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,... xəbəri üçün şəkil



Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişənin tezliklə bitəcəyinə inanır. Lukaşenko çərşənbə axşamı IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib ki, Ukraynadakı müharibə tezliklə başa çatacaq.

"Hamı müharibədən bezib. Hətta Avropada belə, bu eskalasiyanın arxasında kimin dayandığını anlamağa başlayıblar" – deyə Lukaşenko əlavə edib.

O qeyd edib ki, bu qarşıdurma 2022-ci ildə bir neçə həftə ərzində başa çata bilərdi, lakin Qərbin müdaxiləsi ilə qarşısı alındı.

"Kiyevin Britaniya "dostları" cənub qonşumuzu silahlarla dolduraraq "son ukraynalıya qədər" döyüş tələb etdilər. Sülhə nail olmaq və minlərlə insanın həyatını xilas etmək üçün real şans itirildi" – deyə Lukaşenko bildirib.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑