Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlcədən elan edilmədən Berlinə səfər edib. Berliner Kurier nəşrinin məlumatına görə, səfər təhlükəsizlik səbəbindən gizli saxlanılıb.
Bizim.Media xəbər verir ki, Zelenskinin Almaniya kansleri Fridrix Mertslə görüşündə əsas müzakirə mövzusu Ukraynaya dəstək məsələsi olacaq.
Səfər noyabrın 3-də Berlində fəaliyyətə başlayan Təhlükəsizlik Konfransı ilə eyni vaxta təsadüf edib. Konfransda Ukrayna müharibəsi əsas müzakirə mövzularından biri olacaq.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl ölkəsinin və Böyük Britaniyanın Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər axtardığını bildirib. O, ABŞ-dan Patriot sistemləri və onlar üçün idarəolunan raketlərin kifayət qədər tədarük edilmədiyini vurğulayıb.
Bizim.Media
Zelenskinin Almaniyaya gizli səfərinin təfərrüatı

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.




