ABŞ-nin Alabama ştatında 1954-cü ildə düşən göy daşının (meteorit) 1,68 kiloqramlıq hissəsini tapan fermer Yulius Kempis MakKinninin taleyi tamamilə dəyişib.
Bizim.Media xəbər verir ki, torpaq yolla gedərkən qatırlarının anidən dayanması nəticəsində yerə düşən qara görən MakKinni onun göy daşı olduğunu öyrənib.
Fermer bu daşı sataraq əldə etdiyi vəsaitlə kiçik bir ferma və işlənmiş avtomobil alıb. Daş hazırda "Smithsonian Milli Təbiət Tarixi Muzeyi"ndə sərgilənir.
Eyni göy daşının 3,86 kiloqramlıq digər hissəsi isə 30 noyabr 1954-cü ildə Enn Hodsun evinin damını dəşərək qadına dəyib və onu yaralayıb. Mülkiyyət mübahisələri səbəbindən daşı sata bilməyən Hods onu 1956-cı ildə "Alabama Təbiət Tarixi Muzeyi"nə bağışlayıb.
Göy daşının birbaşa insana dəyməsi tarixdə çox nadir rast gəlinən hallardandır. NASA-nın araşdırmalarına əsasən, bu hadisə eyni meteoritin bir hissəsinin hüquqi mübahisəyə, digər hissəsinin isə fermerə maddi qazanc gətirməsi ilə tarixə düşüb. (Milli.Az)
Bizim.Media
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.




