Dünya · Bizim.Media

Trampın kürəkəni ABŞ-ın Ukrayna ilə bağlı planlarını açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın kürəkəni ABŞ-ın Ukrayna ilə bağlı planlarını açıqladı xəbəri üçün şəkil

ABŞ Ukraynada yalnız müharibənin dayandırılmasını deyil, həm də gələcəkdə təkrar hücumun qarşısını almaq üçün qlobal təhlükəsizlik arxitekturasının yaradılmasını istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Trampın rəhbərliyi altında amerikalı rəsmilər davamlı sülhə nail olmaq üçün münaqişədə iştirak edən bütün tərəflərlə fəal işləyirlər.

“Diqqətimiz yalnız bu dəhşətli müharibənin dayandırılmasına deyil, həm də döyüş əməliyyatları başa çatdıqdan sonra onların bir daha başlamamasını təmin etmək üçün zəruri olan daha geniş təhlükəsizlik arxitekturasının yaradılmasına yönəlib”, – deyə Kuşner ABŞ-ın planları barədə bildirib.

O əlavə edib ki, ABŞ Ukrayna Prezidenti Volodimir Zelenski və onun komandasının amerikalı rəsmilərlə konstruktiv əməkdaşlığını yüksək qiymətləndirir.

“Prezident Zelenskinin və onun komandasının konstruktiv yanaşmasını, eləcə də gələcək nizamlanma yolunun tapılmasına sadiqliyini yüksək qiymətləndiririk”, – deyə Kuşner qeyd edib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑