Region · Bizim.Media

Türkiyə öz hərbçilərini Səudiyyə Ərəbistanına göndərir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə öz hərbçilərini Səudiyyə Ərəbistanına göndərir? xəbəri üçün şəkil

Türkiyə hökuməti Ankara, İslamabad və Ər-Riyad arasında imzalanmış birgə müdafiə haqqında "Məkkə sazişi" çərçivəsində türk hərbçilərinin Səudiyyə Ərəbistanına yerləşdirilməsini nəzərdə tutan mandatı parlamentə təqdim etməyə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyinə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat məlumat verib.

Sənəd parlament tərəfindən sazişin ratifikasiyası haqqında qanun layihəsi təsdiqləndikdən dərhal sonra baxılması üçün təqdim olunacaq.   

Deputat vurğulayıb ki, xaricdə yerləşdiriləcək Türkiyə hərbçiləri hücum əməliyyatlarında iştirak etməyəcəklər.

İlk mərhələdə Hava Hücumundan Müdafiə (HHM), radioelektron mübarizə (REM) texnologiyaları və digər müdafiə sahələrində dəstək göstərmək üçün texniki heyət və mütəxəssislərin göndərilməsi planlaşdırılır.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑