Region · Bizim.Media

Peskov: "Rusiya müvəqqəti atəşkəs deyil, sülh istəyir"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Peskov: "Rusiya müvəqqəti atəşkəs deyil, sülh istəyir" xəbəri üçün şəkil

Kreml Ukrayna tərəfinin "energetika atəşkəsi" çağırışlarına münasibət bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın mövqeyinin dəyişmədiyini və hərbi əməliyyatların müvəqqəti dayandırılmasında deyil, münaqişənin tam və yekun sülhlə tənzimlənməsində maraqlı olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İnterfaks agentliyi yayıb.
 

"Heç nə dəyişməyib. Bizə müvəqqəti atəşkəs yox, sülh lazımdır", — deyə Peskov vurğulayıb.


Kreml rəsmisi həmçinin qeyd edib ki, Ukrayna münaqişəsinin yekun nizamlanması Kiyev hakimiyyətinin nümayəndələrinin birbaşa iştirakı olmadan mümkün deyil.

Avropa liderlərinin bəyanatlarını şərh edən Kreml sözçüsü bildirib ki, ümumi Avropa yanaşmasının kor-koranə təkrarı konstruktiv həll yolunun tapılmasına kömək etmir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑