Region · Bizim.Media

Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kalininqrad yaxınlığında Rusiya qırıcısı qəzaya uğradı xəbəri üçün şəkil

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, qəza Kalininqrad vilayətinin Çernyaxovsk rayonunda baş verib.

Hər iki pilot katapult etməyə imkan tapıb. Müxtəlif xəsarətlər alan pilotlar hərbi hospitala yerləşdirilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, təyyarə yerli qəbiristanlığın yaxınlığına düşüb.

Hadisənin Rusiyanın Ukraynadakı müharibədə həlak olan hərbçilərindən birinin dəfn mərasimi keçirilən vaxta təsadüf etdiyi bildirilir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑