“Rusiya Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasının bütün risklərini düzgün qiymətləndirəcəyinə ümid edir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko XIX Verona Avrasiya İqtisadi Forumunun kuluarlarında bildirib.
Onun sözlərinə görə, avropalılar Aİ-yə üzvlüyə namizəd ölkələrdən müstəqil mövqelərindən imtina etməyi, hələ ittifaqa qoşulmamışdan əvvəl isə ümumi xarici siyasətə, o cümlədən Rusiyaya qarşı yönəlmiş bəyanatların əksəriyyətinə qoşulmağı tələb edirlər.
“Regiona aid olmayan ölkələrin təsiri nə qədər az olsa, vəziyyət bir o qədər sabit olar”, – deyə Qruşko vurğulayıb.
Rusiya XİN rəhbərinin müavini əlavə edib ki, region ölkələri əsrlər boyu etdikləri kimi, danışıqlar masası arxasına keçərək problemlərini özləri həll edə bilərlər.
Bizim.Media






