İdman · Bizim.Media

“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə ÇIXACAQ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə ÇIXACAQ xəbəri üçün şəkil

“Qalatasaray” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Barselona” ilə keçiriləcək oyun öncəsi itkilərlə üzləşib.

Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görıə, İstanbul təmsilçisinin zədəli futbolçusu Vilfrid Sinqo qarşılaşmada iştirak edə bilməyəcək. Bir müddətdir komandadan ayrı fərdi məşqlər edən müdafiəçinin meydana çıxması gözlənilmir.

 

Bundan başqa, Kaan Ayhan, Kazımcan Karataş, Arda Ünyay, Eyüp Aydın və Can Armando Güner də UEFA-ya təqdim olunan iştirak ərizəsində yer almadıqları üçün matçda oynaya bilməyəcəklər.

 

Ümumilikdə “Qalatasaray” “Barselona” ilə görüşdə ümumilikdə 6 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray” - “Barselona” oyunu oktyabrın 13-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑