İdman · Bizim.Media

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur” xəbəri üçün şəkil

“Bavariya”nın hücumçusu Serj Qnabri Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Arsenal”la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, futbolçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında sabiq klubuna qarşı oynamağın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
 

"Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur. Mən orada böyümüşəm və bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Sonuncu dəfə Londonda oynamışdıq. Vaxtilə birlikdə oynadığın şəxsin məşq etdiyi komandaya qarşı meydana çıxmaq bir qədər qeyri-adidir. Qalib gəlmək istəyirik və ən vacibi də budur".


Qeyd edək ki, “Bavariya” - “Arsenal” matçı oktyabrın 21-də Münhendəki “Allianz Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑