İdman · Bizim.Media

"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ xəbəri üçün şəkil

“Barselona” Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda PSJ ilə keçirilən oyundan (2:4) əvvəl Paris klubunun azarkeşlərinin nümayiş etdirdiyi pankarta görə UEFA-ya şikayət edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
 

PSJ azarkeşləri “Park de Prens” stadionunda üzərində Kataloniya klubunun loqosunu zəncirlə deyil, mişarla doğrayaraq parçalayan, “Texas qətliamı” filmindəki Dəriüzən obrazına bənzəyən PSJ tərəfdarının təsvir olunduğu nəhəng pankart açıblar.


Bannerin üzərində fransız dilində “Massacre à la parisienne” (“Paris üslubunda qətliam”) ifadəsi yazılıb.

Bundan başqa, stadionda “Puta Barça” (“Barselona”ya qarşı təhqiramiz ifadə) şüarı yazılmış pankartların da olduğu bildirilib.

Qeyd edək ki, “Barselona” ilə PSJ arasında keçirilən qarşılaşma Paris təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑