İdman · Bizim.Media

Derbidə üz tanıma sistemindən istifadə ediləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Derbidə üz tanıma sistemindən istifadə ediləcək xəbəri üçün şəkil

London polisi “Çelsi” - “Tottenhem” matçı zamanı canlı üz tanıma texnologiyasından istifadə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Çelsi” azarkeşlərinin maraqlarını təmsil edən “Chelsea Supporters’ Trust” təşkilatı məlumat yayıb. Bildirilir ki, texnologiya yüksək riskli futbol matçlarında tətbiq olunur.

Təşkilatın məlumatına görə, oyun öncəsi Erls-Kort və Vest Brompton ərazilərində iki xüsusi avtomobil yerləşdiriləcək.

Sistem stadionlara giriş qadağası olan şəxsləri, ciddi cinayətlərdə axtarılanları, itkin düşmüş şəxsləri və məhkəmə qərarı ilə axtarışda olanları müəyyənləşdirmək üçün istifadə ediləcək.
 

Qeyd edək ki, London polisi bu texnologiyanın sınaqdan keçirilməsi üçün Premyer Liqadan 3,42 milyon funt sterlinq maliyyə dəstəyi alıb. “The Athletic”in məlumatına görə, sistem indiyədək Premyer Liqanın altı oyununda tətbiq edilib. İlk belə qarşılaşma 2023-cü ilin sentyabrında “Arsenal”la “Tottenhem” arasında keçirilən Şimali London derbisi olub.


Xatırladaq ki, "Çelsi" - "Tottenhem" matçı oktyabrın 24-də Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑