İdman · Bizim.Media

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq xəbəri üçün şəkil

Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda yarışacaq.

Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Qoki Tajimaya məğlub olub.

 

Daha əvvəl eyni çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev 1/8, Süleyman Şükürov isə 1/16 finalda rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar. Südabə Ağayeva (70 kiloqram) isə 1/32 finalda mübarizəni dayandırıb.

 

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 4 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər. Dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑