Berlində fəallar Alisa Salomon adına Tətbiqi Elmlər Universitetinin girişini mebel və digər əşyalarla bağlayıblar.
Bizim.Media xəbər verir ki, bu, son iki gündə girişinə maneə yaradılan ən azı üçüncü ali təhsil müəssisəsidir.
Çərşənbə günü Hamburq Tətbiqi Elmlər Universitetinin və Berlin Azad Universitetinin Otto Zuur adına Siyasi Elmlər İnstitutunun binaları qarşısında da oxşar aksiyalar keçirilib.
Aksiyaların oktyabrın 31-nə planlaşdırılan gənclər etirazları ilə əlaqəli olduğu bildirilir. Nümayişlərdə təxminən 100 tələbə iştirak edib.
Qeyd edək ki, “Gen Z regelt” gənclər təşəbbüsü sosial şəbəkələrdə Almaniyanın Berlin, Frankfurt-Mayn, Münhen və Hamburq da daxil olmaqla 20-dən çox şəhərində oktyabrın 31-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib.
Bizim.Media
Berlində nümayişlər DAVAM EDİR: Universitetlərin girişi bağlanır

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



