Dünya · Günün Səsi

Hörmüz boğazında neft tankeri minaya düşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında neft tankeri minaya düşdü xəbəri üçün şəkil

Hörmüz boğazında neft daşıyan gəmi minaya düşüb.

Gununesi.info “Tasnim”ə istinadən xəbər verir ki, partlayışdan sonra tankerdə yanğın baş verib.

İranın Hərbi Dəniz Qüvvələrindən (HDQ) bildirilib ki, hadisə günün birinci yarısında Hörmüz boğazının şərqində qeydə alınıb: “Qadağan olunmuş və təhlükəli zonada hərəkət edən bir neft tankeri dəniz minaları ilə toqquşub və zədələnib. Hörmüz boğazı razılaşdırılmadan təhlükəli zonalardan keçmək niyyətində olan gəmilər üçün bağlıdır”.

Xatırladaq ki, gecə saatlarında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə məlumatlarını təkzib edib. CENTCOM-un məlumatına görə, Hörmüz boğazı minalardan tamamilə təmizlənib.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑