18:14
Türkiyənin Nevşehir vilayətində Kapadokyada Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası” uçub.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.
Uçqun altında qalanların olduğu bildirilir.
Axtarış-xilasetmə qrupları ərazidə işləri davam etdirir.
***
"Pəri bacası"nın uçması nəticəsində ölənlərin sayı 3-ə qalxıb.
Məlumatda bildirilib ki, 5 nəfər də yaralanıb.





