ABŞ Prezidenti Donald Tramp Braziliyada keçirilən prezident seçkilərini şərh edib.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri bu ölkədəki seçkiləri rüsvayçılıq adlandırıb.
Tramp həmçinin Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə danışacağını bildirib:
“Mən onunla danışacağam. Düşünürəm ki, Braziliyadakı seçkilər rüsvayçılıq idi".
Qeyd edək ki, Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu İşçilər Partiyasının lideri Lula da Silva qalib gəlib. Onun rəqibi, sağçı müxalifətin namizədi, senator Flaviu Bolsonaro isə 48,26 faiz səs qazanıb. Daha sonra Flaviu Bolsonaro ölkəni tərk etməsinə dair məhkəmə qadağasına baxmayaraq, ABŞ-a gedib.





