Krasnodarda bir kişi 18-ci mərtəbədən yıxılsa da, sağ qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə «Krasnodar i kray» Telegram kanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, şəhər sakini binanın girişindəki çətirin üzərinə düşüb.
Ehtimal olunur ki, zərbənin gücünü azaldan və onun həyatını xilas edən də məhz bu məqam olub. Krasnodar sakini xəstəxanaya yerləşdirilib. Onun səhhəti ilə bağlı ətraflı məlumat verilmir.
Bizim.Media
18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

