Səhiyyə · BiG.az

Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi xəbəri üçün şəkil

Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib.

Polis əməkdaşları onu tibbi müayinə üçün Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparıblar. Hadisədən xəbər tutan 47 yaşlı ata, avtomobilindən silahını çıxararaq qızını öldürməyə cəhd edib. O, xəstəxananın pəncərələrinə atəş açdıqdan sonra binada gizlənib. Polis əməkdaşları və xəstəxananın mühafizə xidmətinin işçiləri gecə boyu şübhəlinin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Səhər saat 7 radələrində atanın xəstəxananın neyrocərrahiyyə şöbəsindəki boş otaqlardan birində olduğu müəyyənləşib. Ona çağırış edilsə də, şübhəli təslim olmaq əvəzinə silahla atəş açmağa başlayıb. Bundan sonra hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri cəlb olunublar. Keçirilən əməliyyat nəticəsində 47 yaşlı ata saxlanılıb.

Gənc qız isə dövlət himayəsinə götürülüb.






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑