Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə dietoloq və endokrinoloq Anton Polyakov danışıb.
Onun sözlərinə görə, D vitamini çatışmazlığı adətən əhval-ruhiyyənin aşağı düşməsi, qidalanma davranışının pozulması – qidaya meyilliliyin artması və həddindən artıq yeməyə meyilliliklə özünü göstərir. Həmçinin D vitamini çatışmazlığı immunitetin zəifləməsi ilə müşayiət oluna bilər.
Həkim qeyd edib ki, sümüklərin möhkəmliyinin azalması, eləcə də təşviş və depressiv vəziyyətlərin yaranması da bu vitaminin çatışmazlığından xəbər verə bilər.
Həmidə İbrahimova






