Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə psixoloq Kseniya Gerasimova danışıb.
Onun sözlərinə görə, bu vərdişdən uzaqlaşmaq üçün serial izləyənlər avtomatik növbəti seriyanın başlaması funksiyasını, eləcə də ekrana çıxan bildirişləri söndürməlidirlər. Telefonda oyun oynayanlara isə oyuna başlamazdan əvvəl bitirmə nöqtəsini müəyyənləşdirmək tövsiyə olunur. Məsələn, yalnız bir səviyyəni keçməklə kifayətlənmək olar.
Əgər yuxuya getməyə onlayn alış-veriş platformalarında məhsullara baxmaq mane olursa, psixoloq 24 və ya 48 saatlıq gözləmə qaydası tətbiq etməyi və bu müddət bitənədək heç nə almamağı məsləhət görüb. Həmçinin tətbiqlərdə saxlanılan bank kartı məlumatlarının silinməsini tövsiyə edib.
Psixoloq axşam saatlarında ekran qarşısında keçirilən vaxtı 20-40 dəqiqə ilə məhdudlaşdırmağı, yatmazdan əvvəlki son bir saatı isə sakit fəaliyyətlərə ayırmağı məsləhət görüb. Bu müddətdə bədii kitab oxumaq, yaxınlarla söhbət etmək, yüngül yemək hazırlamaq, rəsm çəkmək və ya pazl yığmaq olar.
Mütəxəssisin sözlərinə görə, yatmazdan əvvəl rahatlaşmaq üçün ilıq duş qəbul etmək, yüngül dartınma və nəfəs məşqləri də etmək mümkündür.
Həmidə İbrahimova






