Dünya · Banker.az

Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində böyük irəliləyiş əldə edildiyini bildirib.

Banker.az xəbər verir ki, Tramp bunu Texas ştatından Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O, Rusiya Prezidenti Vladimir Putin, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə tezliklə görüş keçiriləcəyini qeyd edib.

“Düşünürəm ki, Rusiya ilə, Rusiya və Ukrayna ilə böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq”, – Tramp bildirib.

Görüşün kimlərlə keçiriləcəyi barədə suala cavabında ABŞ Prezidenti “Prezident Putin və Prezident Zelenski ilə” deyə bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑