Dünya · Banker.az

Tramp deyir ki, radarı onun əmisi ixtira edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp deyir ki, radarı onun əmisi ixtira edib xəbəri üçün şəkil

“Əmim radarı ixtira edib. İnanırsınızmı? MIT-dən doktor Con Tramp”.

Bunu ABŞ Prezidenti Donald Tramp Floridada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp İrana hərbi zərbələrin yenidən başlaya biləcəyi ilə bağlı suala cavabında bildirib ki, ABŞ gələcək addımlarla bağlı müxtəlif variantları nəzərdən keçirir.

O, yeni hücum ehtimalını istisna etməsə də, Tehranla diplomatik razılaşmaya nail olmaq imkanının da olduğunu vurğulayıb.

Tramp həmçinin əlavə edib ki, ABŞ ordusu İranın hərbi hava qüvvələrinin, hərbi dəniz qüvvələrinin və radar infrastrukturunun əhəmiyyətli bir hissəsini məhv edib. Lakin prezident bu qiymətləndirmələri ətraflı sübutlar təqdim etmədən səsləndirib və həmin hərbi sistemlərin tamamilə məhv edildiyinə dair müstəqil təsdiq yoxdur.

ABŞ-nin İranın radar sistemlərinə endirdiyi zərbələrdən konuşarkən Donald Tramp Massaçusets Texnologiya İnstitutunda (MIT) işləmiş əmisi Con Trampı xatırladıb:

“Əmim radarı ixtira edib. İnanırsınızmı? MIT-dən doktor Con Tramp. O, yəqin ki, məndən inciyərdi, amma mən onların radarlarını məhv etdim”.

Qeyd edək ki, Donald Trampın əmisinin radarı ixtira etməsi ilə bağlı iddiası tarixi baxımdan doğru deyil. Con Corc Tramp, həqiqətən də, tanınmış amerikalı elektrik mühəndisi və MIT professoru olub, İkinci Dünya Müharibəsi dövründə hərbi radar texnologiyası üzərində işləyib. O, radar sistemlərinin, xüsusilə də müttəfiqlərin Normandiya desant əməliyyatı zamanı istifadə etdikləri sistemlərin təkmilləşdirilməsinə töhfə verib. Bununla belə, radar texnologiyası çox daha əvvəl, bir çox alimin apardığı tədqiqatlar nəticəsində meydana çıxıb və 1930-cu illərdə praktiki radar sistemlərinin hazırlanmasında britaniyalı fizik Robert Uotson-Uatt əsas rol oynayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑