Ukrayna ordusu Rusiyanın Lipetsk vilayətindəki “Enerqiya” zavoduna raket zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zavodun ərazisinə azı 4-5 raket düşüb.
Qeyd edək ki, zavod raket kompleksləri, aviasiya və digər hərbi texnikalar üçün batareya və akkumlyatorlar istehsal edir.





