İqtisadiyyat · Banker.az

Türkiyədə inflyasiya oktyabr ayında 29,8%-ə yüksəlib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə inflyasiya oktyabr ayında 29,8%-ə yüksəlib xəbəri üçün şəkil
Türkiyədə illik inflyasiya 2026-cı ilin oktyabr ayında sentyabrdakı 29,73%-dən 29,77%-ə yüksəlib. Ötən ilin eyni ayında ölkədə inflyasiya 32,87% təşkil etmişdi. Bu barədə Türkiyə Statistika Qurumunun (TurkStat) məlumatlarında bildirilir.

Analitiklər oktyabr ayında Türkiyədə inflyasiyanın zəifləyəcəyini gözləyirdilər. Bloomberg-in sorğusunda iştirak edən 22 iqtisadçının proqnozlarının median göstəricisi 29,5% təşkil edirdi.

Aylıq müqayisədə qiymətlər 2,58% artıb. Bu, əvvəlki ay qeydə alınmış 1,84%-lik artımdan yüksək olmaqla yanaşı, analitiklərin 2,40%-lik median proqnozunu da üstələyib.

Bloomberg qeyd edir ki, inflyasiyanın gözlənilmədən sürətlənməsi Türkiyə Mərkəzi Bankının bu ilin sonuncu iclasında faiz dərəcəsini endirəcəyi ehtimalını şübhə altına alır. Mərkəzi Bankın növbəti və ilin yekun iclası dekabrın 10-da keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑