Ölkə · Banker.az

Səhiyyə Nazirliyi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səhiyyə Nazirliyi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb xəbəri üçün şəkil

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb.

Bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Dünya Ağciyər Sağlamlıq Gününə həsr olunan beynəlxalq elmi praktiki konfransda deyib.

“Son illərin tibbi-bioloji mənzərəsinə nəzər salsaq, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görürük. Həmçinin, onunla yanaşı digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, ortalama ömür uzunluğu son illərdə ortalama dünya səviyyəsində 73 ili, Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla yanaşı, biz düşünməliyik ki, qazandığımız qalan ömür illərini nə dərəcədə sağlam yaşamışıq”, – bildirilib.

O qeyd edib ki, 2023-cü ilin statistikasına görə, dünyada ümumi ölümlərin təqribən 74%-i qeyri-yoluxucu xəstəliklərin payına düşür:

“Yəni hər dörd ölümdən üçü qeyri-infeksion xəstəliklərin payına düşür. Ölkəmizdə də qeyri-infeksion xəstəliklərin payı artmaqdadır”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑