Ölkə · Ölkə.az

Azərbaycanda əhalinin borc yükü artıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda əhalinin borc yükü artıb xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə sabitliyi hesabatı"nda məlumat verilib.

Hesabata əsasən, bu il iyulun 1-nə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 18.7 faiz təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi artıb.

Mərkəzi Bankın hesabatında bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri artsa da, borc yükünün həmin gəlirlərdəki payı yüksəlməkdə davam edir.

Qurum əhalinin borc yükündəki dəyişiklikləri diqqətdə saxlayır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑