Ölkə · Konkret.az

Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq | KONKRET xəbəri üçün şəkil

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

“Binəqədi RETSİ-nə daxil olan 9-cu mikrorayon Mir Cəlal küçəsinin bəzi ərazilərində 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, – deyə məlumatda qeyd edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑